Berinq dənizi

coğ. la mer de Béring

Berinq boğazı
berkut
OBASTAN VİKİ
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27—84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Berinq
== Şəxslər ==
Berinq (dəqiqləşdirmə)
== Şəxslər ==
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. == Xüsusiyyətləri == Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. == Əhalisi == Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. == Ədəbiyyat == Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Anders Berinq Breyvik
Anders Berinq Breyvik (norv. Anders Behring Breivik; 13 fevral 1979) — Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.
Berinq boğazı tuneli
Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel. Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək. Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır. Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Aland dənizi
Aland dəniz — Atlantik okeanına daxil olan Baltik dənizi ilə Botniç körfəzi arasında yerləşir. Ən dərin yeri 301 metr təşkil edir. Aland adaları ilə materik arasında mövqe tutur. Dəniz İsveç və Finlandiya arasında əsas dəniz yolu üzərində yerləşir. Dəniz sahilində 67,700 nəfər yaşayır (hər m2 üçün 0,0000677 nəfər).
Amundsen dənizi
Amundsen dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Meri Berd Torpağı sahilində yerləşir. İl boyu buzla örtülü olur. Şərqdə Terston, qərbdə isə Dart burnu ilə əhatələnir. Şərq hissədə Terston adasının bir hissəsi Bellinshauzen dənizinə, digər hissəsi isə Amundsen dənizinin sularına daxildir. Sahəsi 98,000 km² ,orta dərinliyi 286 m təşkil edir. Şelf ərazisində çökmə suxurlarla örtülüdür. Şelf ərazisində 400–500 m arasında dəyişir. Duzluğu 33,5 ‰ -dir. Yayda suyun duzluğu nisbətən aşağı düşür. Dəniz bütünlüklə qütb en dairəsi daxilində yerləşir.
Andaman dənizi
Andaman dənizi (hind अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur. Dənizin səthi temperaturası qışda 27,5-dən °C, yayda 30 °C qədərdir.
Arafur dənizi
Arafur dənizi (ing. Arafura Sea,ind. Laut Arafura) — Avstraliya, Yeni Qvineya, Tanimbar və Kay adaları arasında Hind okeanın ucqar dənizidir. Melvill adası ilə Koburq yarımadası arasında Dundas boğazı yerləşir. Sahəsi — 1017 min km² (ölçüləri 1290 x 560 km), dərinlik əsasən 50–80 m-dir, qərb doğru 3680 metrə qədər uzanır. Karpentariyanın böyük körfəzidir. Arafur dənizi dayaz tropik dənizdir. Arafur dənizinin sularında tropik tufanlar tez-tez baş verir.
Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Argentina dənizi
Argentina dənizi - (isp. Mar Argentino) Cənubi Amerika materikinin sahillərində, şelf zonasında yerləşmiş dənizdir. == Coğrafiyası == Argentina dənizi Atlantik okeanının cənub-qərb hissəsində yerləşmişdir və onun sahəsi 1,000,000 km² olmaqla dünyanın ən böyük dənizlərindən biridir. Orta dərinliyi 1205 m, ən dərin yeri isə 2224 m-dir.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir == Arxipelaq suları == Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Arzular Dənizi
Arzular Dənizi — Ayın görünməyən hissəsindəki hamar ovalıqlardan biri. Astronomiyada ay üzərindəki belə ovalıqlar şərti olaraq "dəniz" adlandırılır. Ayın cənub yarımkürəsində 20-45 en dərəcələri arasında və 140-180 uzunluq dairəsində yerləşir. Yaxınlığında Leybnits, Norman, Puankare, Kok, Jül Vern, Pavlov, Qaqarin və Van de Qraaf kraterləri, daxilində isə Tomson krateri yerləşir.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.
Balear dənizi
Balear dənizi isp. mar Balear kat. mar Balear -Avropanın cənubunda və Priney yarımadasının şərqində yerləşir. Aralıq dənizi akvatoriyasına daxildir. Sahəsi 86,000 km², orta dərinlik 762 m, maksimal dərinlik isə 2132 m təşkil edir. Su səthində temperatur fevral ayında 12 s, avqust ayında isə 25 s təşkil edir. Duzluğu 36 - 38 ‰ arasıdır. Dib suxurları əsasən qumlar və balıqqulağı ilə zəngindir. Bura əsasən Priney yarımadasından axan çaylardır:Ebro, Turia və Hukar və s. göstərmək olar.
Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava). == Coğrafi yerləşməsi == Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.